Uyğunluq nişanından və sertifikatdan istifadəyə dair siyasət
- Giriş
Məhsullara uyğunluq sertifikatı almış müəssisə həmin məhsula dair reklam və tanıtım xarakterli materiallarda sertifikatlaşdırma ilə bağlı məlumatlara isinad edə bilər.
İNPROCERT-in Siyasətinə uyğun olaraq sertifikat alan müəssisə məhsula dair məlumatlarda “İNPROCERT” nişanından istifadə etmək səlahiyyətinə malikdir.
- “İNPROCERT” nişanı
Müştəri tərəfindən istifadə ediləcək İNPROCERT nişanının təsviri aşağıdakı kimidir:
3.Nişanın istifadəsi
Sertifikat müəssisəyə deyil birbaşa məhsula verilir. Bu səbəbdən də “Sertifikatlı müştəri” kimi ifadələr istifadə edilə bilməz. Bu ifadə yalnız sertifikatlaşdırlmış məhsul üçün istifadə edilməməlidir və nişan məhsulun üzərində istifadə edilməlidir.
Sertifikat və ya nişandan sui-istifadə ilə əlaqədar müşahidə edilən hər hansı bir hal Sertifikatın dayandırılması ilə nəticələnəcəkdir.
4.Nişandan istifadə təlimatları
Sertifikat verilmiş müəssisə aşağıda göstərilənlərə riayət etməlidir;
Məhsulda və məhsula dair reklam və tanıtım xarakterli materiallarda İnprocert nişanının istifadəsi sertifikat verilmiş müəssisənin qərarıdır və İNPROCERT tərəfindən təşviq edilir. Nişandan istifadə etmək məcburi deyil.
“İNPROCERT” nişanı yalan təsir yaratmayacaq şəkildə istifadə edilməli və müştərilərə yanlış təəssürat yarada biləcək heç bir yanıltıcı fikirlər yaradılmamalıdır.
İNPROCERT, məhsulunu sertifikatlaşdırmış müştəridən başqa hər hansı digər üçüncü tərəflərə (sertifikatlaşdırlmış təşkilatın müştəriləri, subpodratçıları, təchizatçıları və s.) İnprocert nişanından istifadəsinə icazə vermir. “İNPROCERT” nişanından yalnız Müştəri istifadə edə bilər.
“İNPROCERT” nişanı yalnız uyğunluq sertifikatı qüvvədə olduğu müddət ərzində istifadə olunmalıdır.
“İNPROCERT” nişanı sertifikatlaşdırma tələblərinə və məhsulun istifadə qaydalarına riayət olunduğu hallarda istifadə oluna bilər.
5."İNPROCERT” nişanıda istifadəni qadağan edən hallar
Sertifikatlaşdırılmış müəssisə sertifikatın dayandırılması və ya qüvvədən düşməsi hallarında məhsullarda, eləcə də tanıtım materiallarında və ya hər hansı bir vəziyyətdə "İNPROCERT” nişanından istifadəni dərhal dayandıracaq.