Haqqımızda

İNPROCERT MMC

“İNPROCERT” MMC Malların, işlərin, xidmətlərin və təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılması orqanı kimi “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən akkreditasiya olunmuşdur. Sertifkatlaşdırma orqanı təsdiq olunmuş akkreditasiya sahəsinə uyğun olaraq ərzaq və qeyri-ərzaq məhsullarının, o cümlədən alkoqollu içkilərin, kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının, rabitə vasitələrinin, avtomobil və onların ehtiyat hissələrinin, yüngül sənaye məhsullarının, neft və neft-kimya məhsullarının, təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıqların və s. sertifikatlaşdırlmasını həyata keçirir.

Həmçinin İNPROCERT idarəetmə sistemlərinin sertifikatlaşdırılması, sınaq, inspeksiya xidmətləri, təlimlər, kalibrasiya xidmətləri, CE sertifikatlaşdırma sahəsində xidmətləri də həyata keçiririk.Məqsədimiz sürətlə inkişaf edən və yenilənən standartları tətbiq etməlklə müştərilərə effektiv və keyfiyyətli xidmət təqdim etməkdir. Bizim üçün işimizin uğuru dərhal gəlir əldə etmək deyil müştərilərin göstərdiyimiz xidmətlərdən razı qalması deməkdir.

Xidmətlər

Əlaqə