• İnprocert MMC Veb səhifə ilə qarşınızda
    İnprocert MMC Veb səhifə ilə qarşınızda
  • Sertifikatlaşdırma
    Sertifikatlaşdırma
Təlim xidmətləri

Təlim xidmətləri

İNPROCERT keyfiyyət infrastrukturu sahəsində tətbiq edilən standartlar üzrə ...

Məhsulların sertifikatlaşdırılması

Məhsulların sertifikatlaşdırılması

Ölkə ərazisində istehsal olunan və ölkəyə idxal olunan məhsulların sertifikatlaşdırılma ...

İdarəetmə sistemlərinin sertifikatlaşdırılması

İdarəetmə sistemlərinin sertifikatlaşdırılması

İNPROCERT yerli və xarici tərəfdaşlar şəbəkəsi vasitəsi ilə müəssisə və təşkilatlara İSO 900 ...

İnprocert.az

“İNPROCERT” MMC Malların, işlərin, xidmətlərin və təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılması orqanı kimi “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən akkreditasiya olunmuşdur. Sertifkatlaşdırma orqanı təsdiq olunmuş akkreditasiya sahəsinə uyğun olaraq ərzaq və qeyri-ərzaq məhsullarının, o cümlədən alkoqollu içkilərin, kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının, rabitə vasitələrinin, avtomobil və onların ehtiyat hissələrinin, yüngül sənaye məhsullarının, neft və neft-kimya məhsullarının, təhlükə potensiallı obyektlərdə istifadə olunan ...

Köməyə ehtiyyacınız var?

Məqsədimiz

Ölkəmizin və şirkətimizin ən dəyərli sərvəti gənc, çalışqan, həvəsli, yaxşı təlim keçmiş kadrlarımızdır. Bu zəngin resursdan səmərəli şəkildə istifadə edərək, onu yaradıcı, innovativ və rasional perspektivlə birləşdirərək xidmətlərimizi yaratmaq. Eyni zamanda bu xidmətləri daim təkmilləşdirmək və inkişaf etdirməkdir.

Startegiyamız

Obyektiv reallıq əsasında qərarlar qəbul edən və öz məsuliyyətini dərk edən dinamik idarəetmə yanaşması.

Rasional, məhsuldar, özünə inamı yüksək, özünə və işinə hörmət edən işçilər.

İşçiləri inteqrasiya olunmuş, etimad mühitinə malik olan və səlahiyyətlərin verilməsinə meylli olan bir təşkilat.

Müştəri yönümlü, müştərilərin tələblərini, ehtiyaclarını və təkliflərini ən qısa zamanda nəzərə alan və qiymətləndirən xidmət yanaşması.

Məcburi sertifikatlaşdırma

Məcburi sertifikatlaşdırma malların, onlarla əlaqəli proseslərin və istehsal metodlarının texniki reqlamentin tələblərinə uyğunluğunu təsdiqidir. Yalnız yüksək riskli məhsullar məcburi sertifikatlaşdırılır. Məcburui sertifikatlaşdırılmalı malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Məcburi sertifikatlaşdırma zamanı mallar, onlarla əlaqəli proseslər və istehsal metodları ilə bağlı insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş məcburi tələblər qiymətləndirilir.

Könüllü sertifikatlaşdırma

Məhsulun könüllü sertifikatlaşdırılması məhsulların yüksək keyfiyyətini təsdiq edən sənəddir. Buna adətən könüllü keyfiyyət sertifikatı deyilir. Məhsulun sertifikatlaşdırılması sxemindən asılı olaraq, könüllü sertifikat məhsulların konkret partiyasına və ya bir ilədək müddətə kütləvi istehsal olunan məhsullara verilə bilər. Sertifikatlaşdırma üçün ərizəçi ya rezident şirkəti (hüquqi şəxs və ya fərdi sahibkar) və ya onun nümayəndəsi ola bilər.

Məhsulun uyğunluğunun könüllü sertifikatlaşdırılması məhsulun keyfiyyətini təsdiqləmək və müştərilərin sertifikatlaşdırılmış məhsullun keyfiyyətinə inamnı artırmaq üçün lazımdır. Məhsulların etiketlənməsində məcburi dövriyyə nişanı (AZC) ilə markalanmaqla yanaşı, məhsullar könüllü uyğunluq sertifikatı nişanı (AZS) ilə də markalanır. Bu, istehsalçı üçün yalnız məhsulun təhlükəsiz olmasının deyil, həm də məhsulun keyfiyyətli olmasının vacib olduğunu göstərir. Bir çox pərakəndə satış şəbəkələrinin könüllü sertifikatı olmayan təchizatçılardan mal qəbul etməməsi və bununla da öz rəflərindəki malların keyfiyyətinə nəzarət etməsi də vacibdir. Deyə bilərik ki, könüllü sertifikatlaşdırma bir imic və reputasiyadır, özünü ən yaxşılar arasında ən yaxşısı hesab edən şirkətlər üçün bir sənəddir.

Yalnız akkreditasiya edilmiş məhsulların sertifikatlaşdırılması orqanları könüllü sertifikatlaşdırma prosedurlarını həyata keçirərək Uyğunluq sertifikatı verə bilər. Könüllü olaraq sertifikatlaşdırılmış məhsullar sertifikatlaşdırma orqanının akkreditasiya sahəsi çərçivəsində olmalıdır. Könüllü uyğunluq sertifikatı əldə etmək üçün bütün zəruri könüllü sertifikatlaşdırma prosedurlarından keçməlisiniz. Sertifikatlaşdırma sxemindən asılı olaraq, prosedur üçün bir neçə variant ola bilər, lakin, bir qayda olaraq, hamısına aşağıdakılar daxildir: şərtlərin müzakirəsi və planın tərtib edilməsi, sənədlərin hazırlanması, məhsul nümunələrinin seçilməsi, və sınaqdan keçirilməsi, sertifikatın verilməsi və ya ondan imtina barədə qərar, sertifikatın qeydiyyatı. Mütəxəssis ərizəçi ilə birlikdə məhsulun hansı göstəricilərə görə sertifikatlaşdırılmalı olduğunu, konkret halda hansı sertifikatlaşdırma sxeminin tətbiq edilməsinin optimal olduğunu, sınaqların hansı laboratoriyada aparılacağını, nümunələrin necə seçiləcəyini, hansı göstəricilər üzrə sınaqdan keçirilməsini müəyyən edir. Yəni, sertifikatlaşdırmanın dəyərinə, müddətinə və yekun nəticəsinə təsir edə biləcək bütün məsələlər nəzərdən keçirilir.

Müştəri Yönümlü Yanaşma

İNPROCERT-in müştərilərə yüksək keyfiyyətli xidmətlər göstərilməsi məqsədi ilə yaradılmışdır.. Bu səbəbdən müştərilərin tələb və ehtiyacları ciddi qəbul edilir və ən qısa zamanda geridönüş edilir. Müştəri ilə əlaqəli bütün proseslər effektiv şəkildə həyata keçirilir və müştərilərə ədalətli və bərabərlik prinsipinə uyğun olaraq, onlara dəyərli olduqlarını hiss etdirəcək şəkildə rəftar edilir. Uyğunluğun qiymətləndirilməsi fəaliyyətlərində qəbul edilən qərarlara etirazlar effektiv və qərəzsiz şəkildə qiymətləndirilir. Müştəri diqqəti prinsipi çərçivəsində müştərilərə onların uzunmüddətli maraqları üçün xidmət göstərildiyi xüsusilə vurğulanır. Bacarıqlı əməkdaşlarımız, obyektiv qiymətləndirmə qabiliyyətimiz, qərəzsizliyimiz və müstəqilliyimiz müştərilərimizə təqdim edə biləcəyimiz ən dəyərli varlıqlardır. Müasir iqtisadiyyatın rəqabət şəraitində təklif etdiyimiz qərəzsiz, obyektiv və müstəqil xidmətlərimizin müştərilərimiz üçün əhəmiyyətinin fərqindəyik.