Qərəzsizlik siyasəti

İNPROCERT məhsulların sertifikatlaşdırılmasından məsul olan hüquqi şəxsdir.

İNPROCERT-in rəhbər və işçi heyəti, o cümlədən subpodratçıları məhsulların sertifikatlaşdırılması prosesində qərəzsizliyin əhəmiyyətini tam olaraq anlayır. İNPROCERT buna görə də müştərilərlə bütün münasibətlərində işçilərin qərəzsiz olmasını təmin edir. Qərəzsizliyin həm qorunmasını, həm də nümayiş olunmasını təmin etmək üçün aşağıdakı prinsiplər müəyyən edilmişdir.

  • Məhsula uyğunluq sertifikatı heç bir maraqların üstünlük təşkil etməməsini təmin etmək üçün səlahiyyətli şəxs tərəfindən təsdiqləndikdən sonra verilir:
  • İNPROCERT-in məhsul istehsal edən şirkətlərlə heç bir əlaqəsi yoxdur (yaratmayacaq). İNPROCERT ilə hər hansı digər şirkət arasında təklif olunan hər hansı bir əlaqələr, bu əlaqələr rəsmiləşdirilməzdən əvvəl qərəzsizlik üçün Direktor tərəfindən risk qiymətləndirməsindən keçəcək.
  • İNPROCERT tərəfindən işə götürülən və ya başqa şəkildə müqavilə bağlayan şəxslər, fəaliyyətlərin xarakterini nəzərə alaraq, maraqların toqquşması potensialının olduğu bütün istehsalçılar/inspeksiya orqanları/sınaq laboratoriyaları/digərləri ilə indiki və keçmiş əlaqələrini sənədləşdirməli və qeyd etməlidirlər. Potensial maraq toqquşması yarada biləcək keçmiş və ya indiki əlaqələr İNPROCERT tərəfindən açıqlanacaq.
  • İNPROCERT, məhsulu sertifikatlaşdırılacaq müştəri ilə keçmiş əlaqələrinin mövcud olduğu heç bir işçini və ya subpodratçını təyin etməyəcək. İstisna olaraq, Sertifikatlaşdırma Menecerinin və ya Direktorun qərarı ilə, keçmiş əlaqələr mövcud olan, lakin ən azı 2 il ərzində heç bir əlaqəsi olmayan məhsulların sertifikatlaşdırılması üçün işçi və ya subpodratçı təyin edilə bilər.
  • İNPROCERT, Məhsulların sertifikatlaşdırılması ilə məşğul olan işçiləri, məhsulların sertifikatlaşdırılması ilə əlaqədar müəyyən bir nəticəyə gəlmək üçün heç bir təzyiqə göstərməyəcək.

İNPROCER-in Qərəzsizlik normaları:

  • İNPROCERT, qohumu daimi olaraq müştərinin yanında çalışan heç bir şəxsi işə götürməyəcək.
  • Oxşar fəaliyyətlə məşğul olan heç bir təşkilata komissiya ödənilməyəcək.
  • “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin və digər İNPROCERT bütün siyasətlərinə riayət edəcək.
  • İNPROCERT, məhsulların sertifikatlaşdırılması fəaliyyətinə təsir edə biləcək ziddiyyətli xidmət həyata keçirməyəcək.
  • İNPROCERT, etik siyasətinə zidd olan heç bir peşə fəaliyyətindən istifadə etməyəcək.
  • İNPROCERT, xidmətlərin marketinqini sertifikatlaşdırma ilə əlqəsi olmayan işçilərə həvalə edəcək.
  • İNPROCERT, Sertifikatlaşdırma fəaliyyətini həyata keçirən işçilərindən heç birinə müştərilər/subpodratçılar ilə maliyyə əməliyyatları aparmağa icazə verməyəcək.
  • İNPROCERT-in bütün işçiləri iş etikasını pozan hər hansı bir vəziyyəti açıqlamalıdır.
  • İNPROCERT, iş yükünü nəzərə alaraq daxil olan sifarişləri işçilər arasında uyğun olaraq tənzimləyəcək.
  • Qeyri -etik davranış qaydaları ən qısa müddətdə rəhbərliyə bildirilməlidir.
  • İNPROCERT, heç bir işçisinin müştəri/subpodratçıdan hədiyyə almasına icazə verməyəcək.
  • İNPROCERT, sertifikatlaşdırmaya cəlb olunan heç bir işçisinin, ailə üzvlərinin/yaxın qohumlarından birinin qərar vermə vəzifəsinə cəlb edildiyi təşkilat üçün sertifikatlaşdırma işləri aparmasına icazə verməyəcək.
  • İşçilərin, kömək göstərdikləri, təlim keçdiyi və ya maliyyə və ya kommersiya maraqları olan hər hansı bir təşkilatın məhsullarının sertifikatlaşdırılmasına, təşkilatın müraciət etmə tarixindən ən azı 2 il müddətində iştirak etmələri qadağandır.
  • İNPROCERT-in birbaşa işçilərinin aktiv konsaltinq fəaliyyəti ilə məşğul olması qadağandır.
  • İctimai Bəyanat

    Qərəzsizliyin həm qorunmasını, həm də nümayiş etdirilməsini təmin etmək üçün İNPROCERT, maraqların toqquşması ilə nəticələnə biləcək və ya qərəzsizlik üçün təhlükə yarada biləcək bütün əlaqələri müəyyən edir və risk kimi qiymətləndirdir.