Ayrıseçkilliyə dair siyasət
İNPROCERT heç bir ayrıseçkiliyə yol vermir və ayrıseçkilik etmədən idarə olunur.
1.0 Məhsul sertifikasiyası ilə əlaqədar
Siyasət və prosedurlarda ayrı seçkiliyin istisna olunması təmin edir və sifarişçilərə maneə törətmir.
İNPROCERT-in xidmətləri fəaliyyət sahəsi çərçivəsində bütün müştərilər üçün əlçatandır.
ISO/IEC 17065 standartında açıqlanmasına icazə verilməyən məlumatlar istisna olmaqla bütün digər məlumatlar müştərilər üçün əlçatandır.
Sertifikatlaşdırma prosesinin əlçatanlığı müştərinin böyüklüyünə və ya hər hansı birliyə və ya assossasiyaya üzvlüyünə və ya artıq verilmiş sertifikatların sayına bağlı deyildir. Heç bir maddi və başqa şərtlər yoxdur.
İNPROCERT müştərinin qanunsuz fəaliyyətlərdə iştirakı ilə bağlı faktlar, sertifikatlaşdırma/məhsula dair tələblərin dəfələrlə pozulması halları və ya digər analoji hallar mövcud olduqda, müştərinin ərizəsini qəbul etməkdən və ya sertifikatlaşdırma müqaviləsini uzatmaqdan imtina edə bilər.
İNPROCERT öz qiymətləndirmələrini, nəzərdən keçirmə, qərar və inspeksiyaları (olduqda) yalnız sertifikatlaşdırma sahəsi çərçivəsində həyata keçirir.
.
2.0 İşçilər, Subpodratçılar və Podratçılar ilə bağlı siyasət
İNPROCERT-in işçilərin, subpodratçıların və podratçıların seçilməsi, işə qəbulu, təyin edilməsi zamanı aşağıdakılardan asılı olmayaraq heç bir ayrı-seçkilikyə yol vermir;
- İrq,
- Rəng,
- Cins,
- Dil,
- Din,
- Siyasi və ya başqa fikir,
- Milli və ya sosial mənşə,
- Mülkiyyət,
- Hamiləlik və ya əlillik, yaş,
- Ailə vəziyyəti,
3.0 Bərabər İmkanlar
İNPROCERT-in, sertifikatlaşdırma fəaliyyəti çərçivəsin bütün müştəriləri üçün bərabər imkanlar yaradır.