Məxfilik siyasəti

 “İNPROCERT” MMC-nin işçi heyəti , subpodratçılar və ya komitə üzvləri tərəfindən alınan, təqdim olunan (istənilən formatda) bütün məlumatları, qiymətləndirmə ilə əlaqədar məlumatlar, digər sertifikatlaşdırma işləri ya hər hansı digər səbəbdən bir təşkilatla əlaqədar əldə edilən bütün məlumatlar məxfidir və təşkilatın və ya fərdin açıq icazəsi olmadan heç bir üçüncü tərəfə (ISO/IEC 17065-də göstərilmədiyi təqdirdə) açıqlanmamalıdır.

“İNPROCERT” MMC-nin qanunla məxfi məlumatları üçüncü tərəfə verməsi tələb edildiyi halda, müştəri və ya aidiyyəti olan şəxs təqdim olunan məlumatlar barədə əvvəlcədən xəbərdar ediləcəkdir.